Deputat: "Mingəçevirdəki qəza vəziyyətin ciddiliyindən xəbər verir" - VİDEO » Fazil Mustafa

Deputat: "Mingəçevirdəki qəza vəziyyətin ciddiliyindən xəbər verir" - VİDEO Video, Slider

Deputat: "Mingəçevirdəki qəza vəziyyətin ciddiliyindən xəbər verir" - VİDEO
"Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulubsa və belə bir hadisə baş veribsə, bu, artıq vəziyyətin ciddiliyindən xəbər verir. Müharibə aparan ölkənin enerji sektorunun bir yerdən asılı olması faktı olduqca ciddi məsələdir".

Bu sözləri REAL-a müsahibəsində millət vəkili Fazil Mustafa Mingəçevirdəki “Azərbaycan” İES-də baş verən qəza ilə bağlı fikirlərini bölüşərkən deyib.

Deputat bildirib ki, bu hadisəyə görə tənqiddən çox nəticə çıxarılmalıdır. Fazil Mustafa hesab edir ki, məlum qəzadan ciddi nəticələr çıxarılmasa, daha böyük təhlükə ilə üzləşə bilərik.

Müəllif : Cavid