Bakını işğaldan azad edən türk əsgərlərin xatirəsi yad edildi Video

Bakını işğaldan azad edən türk əsgərlərin xatirəsi yad edildi
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa partiya üzvləri ilə birlikdə Türk Şəhidliyini ziyarət edib.

APA TV-nin məlumatına görə, ziyarətdə məqsəd 99 il öncə Bakının işğaldan azad olunması uğrunda şəhid olan döyüşçülərin xatirəsini yad etməkdir.

Millət vəkili Fazil Mustafa deyib ki, Qafqaz İslam Ordusunun Azərbaycan dövlətçiliyinin xilasında əvəzsiz rolu olub: "99 il öncə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu erməni-rus qətliamına məruz qalmış Azərbaycan xalqını xilas etmək üçün, Azərbaycanın müstəqilliyini qorumaq üçün ölkəmizə gəldilər və bu torpağın azad olunması üçün qan tökdülər, şəhid oldular və nəticədə Azərbaycan dövlətini xilas etdilər. Azərbaycanın paytaxtı Bakını erməni-rus işğalından azad edərək Azərbaycan hökumətinə təhvil verdilər. Ayrı-ayrı bölgələrdə Azərbaycan xalqına qarşı qətliam törətmiş insanlara, xüsusilə də, bu erməni dəstələrinə, daşnak ünsürlərə qarşı ən sərt tədbirlər gördülər. Azərbaycan xalqının qisasını aldılar. Ona görə də hər ilin mayın 25-də biz onların xatirəsini unutmağımızı göstərmək üçün buranı ziyarət edirik”.

Müəllif : Cavid