Fazil Mustafa: "Müstəqilliyimizi təsadüfi sayanlar Rəsulzadəni anlaya bilməz" Video, Slider

Fazil Mustafa: "Müstəqilliyimizi təsadüfi sayanlar Rəsulzadəni anlaya bilməz"
GünazTV-nin mayın 25-də efirə gedən "Mətbuat Aynasında" proqramının budəfəki qonağı Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub.

Strateq.az xəbər verir ki, "Mətbuatda tarixi şəxsiyyətlərə münasibət" mövzusunun müzkirəyə çıxarıldığı verilişdə tanınmış teleaparıcı Qulu Məhərrəmli ilə millət vəkili Fazil Mustafa arasında təkcə mətbuatın tarixi şəxsiyyətlərə münasibətinin necə qurulmalı olduğunun vacibliyi haqda deyil, həm də Azərbaycanın müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş insanlar – ictimai-siyasi xadimlər, yazarlar, hərbçilərlə bağlı çox maraqlı fikirlər səsləndirilib.

Həm aparıcı kimi Qulu Məhərrəmlinin, həm də verilişin qonağı Fazil Mustafanın mövzu barədə kifayət qədər hazırlıqlı olmaları diskussiyanı olduqca maraqlı və baxımlı edib.

Müəllif : Cavid