Fazil Mustafa - 50 Video, Slider

Fazil Mustafa - 50

Bu gün Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın 50 yaşı tamam olur.
Fazil Qəzənfər oğlu Mustafa 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.

1982-ci ildə Naxçıvan şəhərindəki 10 saylı orta məktəbi bitirib.

1982-1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib.

1984-1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və məzun olub.

1989-cu ildə SSRİ Hüquqşünas-Tələbə Assosiasiyası İdarə Heyətinin üzvü seçilib.

1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsində sədrin müşaviri, İcraiyyə Komitəsinin üzvü və Analitik Mərkəzin rəhbəri olub.

1992-1993-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində müəllim işləyib.

1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri olub.

1995-1998-ci illərdə AXCP sədri Əbülfəz Elçibəyin Türkiyədə rəsmi təmsilçisi olub.

1998-2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.

2001-2003-cü illərdə zabit kimi ikinci dəfə hərbi xidmətə çağırılıb və döyüş bölgəsində tağım komandiri kimi həqiqi hərbi xidmət keçib.

2003-cü ildə Böyük Quruluş Partiyasının təsisçilərindən olub və I Qurultayda partiyanın başqanı seçilib. 2006, 2009 və 2012-ci illərdə yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib.

2005-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-ci ildə 26 saylı I Sabunçu seçki dairəsindən (Bakıxanov qəsəbəsindən) Milli Məclisə deputat seçilib.

2005-2010-cu illərdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin və İntizam Komissiyasının üzvü olub.

2006-2010-cu illərdə ATƏT Parlament Assambleyasının üzvü seçilib.

2008-ci ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü seçilib.

2008-ci ildə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub.

2010-cu ildə yenidən 26 saylı I Sabunçu seçki dairəsindən (Bakıxanov qəsəbəsi) Milli Məclisə deputat seçilib.

2011-2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının üzvü olub.

Ailəlidir, iki övladı var. Rus və ingilis dillərini bilir. Hüquq, fəlsəfə, tarix, siyasət və din sahəsinə aid 17 kitabı, yüzlərlə elmi məqaləsi nəşr olunub.

Müəllif : Cavid