Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyi Şəhidlər Xiyabanında qeyd olunub - FOTOSESSİYA - VİDEO Siyasət, Slider

[/img]Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyi Şəhidlər Xiyabanında qeyd olunub - FOTOSESSİYA - VİDEO
Bu gün Böyük Quruluş Partiyası (BQP) Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyi münasibətilə Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edib.

APA-nın məlumatına görə, abidənin önünə əklil qoyulub və şəhid əsgərlərin ruhuna dualar oxunub.

BQP başqanı, millət vəkili Fazil Mustafa qeyd edib ki, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanı erməni-bolşevik işğalından azad edib. Onun sözlərinə görə, Nuru Paşanın Azərbaycanın müstəqilliyi və bütövlüyü üçün göstərdiyi xidmətlərə görə Milli Qəhrəman adına layiq görülməlidir: “Nuru Paşa həmişə haqqı tapdanan insanlardan biri olub. O, Azərbaycanı azərbaycanlıdan çox sevən biri olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları deyəndə, yalnız Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının adını çəkmək doğru deyil. Bu cümhuriyyətin əsas qurucusu həm də Nuru Paşa və onun əsgərləridir. Nuru Paşa olmasaydı, bu gün Gəncə, Bakı Azərbaycanda deyildi. Onun qiymətini nə Türkiyədə, nə də Azərbaycanda layiqincə veriblər. Ona görə də əklilin üzərinə partiyamızın adını yox, bu sözləri yazdıq – Milli Qəhrəman Nuru Paşa və əsgərlərinin əziz xatirəsinə onun haqqını tanıyan azərbaycanlılardan”.

F.Mustafa qeyd edib ki, Nuru Paşa Türkiyədə doğulmasına baxmayaraq, Azərbaycanın qəhrəmanıdır: “Azərbaycan Nuru Paşaya sahib çıxmalıdır. Azərbaycan ona sahib çıxmaqla həm də şərəfli keçmişinə, tarixinə sahib çıxır. Hesab edirəm ki, o, Azərbaycanın Milli Qəhrəmanı adını daşımağa ən layiq şəxsiyyətlərdən biridir. Nuru Paşa və onun xidmətləri qiymətləndirilməli və təbliğ olunmalıdır”.

F.Mustafa Nuru Paşanın haqqının tanınması üçün ölkə başçısına da müraciət etdiklərini deyib.

Qeyd edək ki, millət vəkilləri - BQP başqanı Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə müraciət edərək, 15 sentyabr - Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü olaraq qeyd olunması, paytaxtın Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan məscid kompleksinə, hərbi məktəblərdən birinə Nuru Paşanın adının verilməsi, ali hərbi təhsil müəssisələrində əlaçı kursantlara Nuru Paşa adına təqaüdünün verilməsi, Azərbaycanın bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi, Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması təklifi ilə çıxış ediblər.

Ziyarət mərasimindən videosüjetə bu link vasitəsilə izləmək olar - http://apa.tv/video/618

Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyi Şəhidlər Xiyabanında qeyd olunub - FOTOSESSİYA - VİDEO

Müəllif : Cavid