Fazil Mustafa: "Səfirin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır" Siyasət, Slider

Fazil Mustafa: "Səfirin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır"
APA TV-nin efirində yayımlanan “Manşet” verilişinin bugünkü buraxılışı Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlıdır. Verilişdə “Rusiya səfirinin qətli: maraqlar və mümkün nəticələr” mövzusunda millət vəkili Fazil Mustafa aparıcı İlham Tumasın suallarını cavablandırıb.

- Türkiyə polisi səfirin qatili Mert Altıntaşı niyə öldürdü, onu həbs etmək doğru olmazdımı” sualı əslində məntiqi sualdır. Çünki sağ qalsaydı, bu qətlin arxasında kimlərin durduğunu öyrənmək olardı. Hətta Türkiyə tərəfi bu adamı tam etibar üçün Rusiyaya təhvil də verə bilərdi.

- Türkiyəyə qarşı ən alçaq üsullarla mübarizə aparırlar. Rusiya Böyükelçisinin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır. Bu olayın arxasında böyük güclərin dayanması istisna deyil. Bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir. Yaxşı ki, Rusiya məqamlarından gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər.

- Hamımız Türkiyədən bu ağır durumda dəstəyimizi əgirgəməməliyik. Türkiyəni ağır töhmət altına soxan bu Vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir.

- Rusiya Böyükelçisinin öldürülməsi Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən bir addımdır. Bəsit bir terrorçu işi deyil, arxasında çox ciddi güclərin durması şübhəsizdir. Yaxşı ki, Rusiya məqamlarından gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər.

- Səfir elə toxunulmaz şəxsdir ki, hətta orta əsrlərdə Çingiz xan belə səfirinin öldürülməsinə görə həmin ölkəni yer üzündən silərdi. Heç bir ləyaqətli insan, hətta düşmən saydığı ölkənin səfirinə əl qaldırmaz. Yəni səfir bu qədər çox müqəddəs və toxunulmaz şəxs hesab olunur.

- Baş verən hadisə ilə bağlı həm Rusiya, həm də Türkiyə prezidentləri hissə qapılmadan çox soyuqqanlı açıqlamalar veriblər. Bu isə çox müsbət və vacib haldır. Türkiyə və Rusiya böyük və nüfuzlu dövlətlərdir. Ona görə də Türkiyə və Rusiyanın bu cinayətin arxasında dayanan şəxsləri tapıb cəzalandırmaq imkanları var.

Müəllif : Cavid