Fazil Mustafadan növbədənkənar bələdiyyə seçkiləri təklifi Siyasət, Slider

Fazil Mustafadan növbədənkənar bələdiyyə seçkiləri təklifi
Lazımsız dövlət qurumları birləşdirilməli və ya ləğv edilməli, daha effektiv idarəçilik sisteminə keçirilməlidir. Məncə, bu ərəfədə dövlətin yükünün azaldılması üçün bələdiyyə seçkiləri keçirilməli və icra hakimiyyətlərinin səlahiyyətləri azaldılaraq bələdiyyə institutu gücləndirilməlidir ki, lokal səviyyədə vətəndaşın problemləri ilə məşğul olan real qurum mövcud olsun.

Ümumiyyətlə, icra hakimiyyət başçısının yeni obrazı barədə düşünülməlidir. Artıq maşın satan, asfalt çəkən, park salan, büdcəni talayan, şadlıq evi emblemi daşıyan icra başçısı obrazından intellektual hazırlıqlı başçı obrazına keçilməlidir.

Diqqət edirsinizsə, rayonlardakı aksiyalarda kütlənin qarşısına çıxan icra başçıları şikayətçilərə təqribən eyni təklifi verirdilər: “Gələrsən yanıma, danışarıq”. Əslində bu, cəmiyyətə bütöv şəkildə müraciət edə bilməyən rəsmi şəxslərin necə eyniyyət təşkil etdiyinin göstəricisidir. “Gəlmişəm yanınıza dinləyib, danışam” deyən icra başçısı obrazına ehtiyac günün tələbinə çevrilməkdədir.
Müəllif : Cavid