Şahmat fətvası - STATUS Siyasət

Şahmat fətvası - STATUS
Hər gün bir-iki oyun şahmat oynayırdıq, onu da haram çıxartdılar. Belə anlayıram ki, İslamda ən böyük haram - gerizəkalılıqdır, çağın gerisində qalmaqdır.

Şəkil haram, musiqi haram, şahmat haram, dünyəvi təhsil haram - cəhalət halal, baş kəsmək halal, mənasız yerə insanların ölümünə səbəb olan savaş halal...

Müasir dövrdə insan intellektini təkmilləşdirən ən ciddi oyuna haram damğası vurmaq əslində insanın düşünmə qabiliyyətinə vurulmuş bir zərbədir. Nə olardı Allahım, bir gün heç olmazsa bu adamlar bir fətva verərdilər ki, öz övladına təhsil verməyən valideynlərin yeri cəhənnəmlikdir, elə sevinərdim ki...
Müəllif : Cavid