Millət vəkili həmsədrləri dələduz adlandırdı Siyasət, Slider

Millət vəkili həmsədrləri dələduz adlandırdı
ATƏT-in Minsk Qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu yaydıqları son bəyanatda Avropa Şurası Parlament Assambleyasına təzyiq göstərməyə çalışmışlar.

Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdən bu şəxslərin soyadları fərqli olsa da, sırf erməni maraqlarından çıxış etdikləri artıq göz qabağındadır. Guya Assambleyanın yanvar sessiyasında Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktının qəbul olunması Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bundan ATƏT-in Minsk Qrupunun üzvləri xeyli narahat olublar.

Əslində isə bu bəyanatla ATƏT-in hər üç həmsədri özlərini axmaq yerinə qoyaraq problemin Dağlıq Qarabağ münaqişəsi deyil, məhz Ermənistanın öz himayədarlarına arxalanmaqla Azərbaycan torpaqlarını işğalı olduğunu diqqətdən kənarda saxlamağa çalışırlar. Artıq özlərini ermənilərin himayədarı kimi ifşa etmiş bu siyasi dələduzların Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymaq üçün rəsmi məqamlarımız ən sərt addımları atmaqdan çəkinməməlidirlər.
Müəllif : Cavid