Fazil Mustafa Çingiz Abdullayevi təbrik etdi Siyasət

Fazil Mustafa Çingiz Abdullayevi təbrik etdi
Dünən bir status yazmışdım. Xəbər təsdiqlənmədiyinə görə saxladım. Artıq məlum oldu ki, hörmətli yazıçımız Çİngiz Abdullayev "Neftçi" futbol klubunun rəhbəri seçilib.

Maraqlı bir seçimdir. "Neftçi" indiyə qədər hansı janrda oynayırdı, açığı, anlamaq mümkün deyildi. Nə roman kimi roman, nə nağıl kimi nağıl janrında oynayırdılar. Daha çox faciə janrına uyğun gəlirdi. İndi müsbət tərəfi budur ki, bu komandanın oyun janrı artıq bəlli olacaq. Çingiz bəy komandanı detektiv janrında oynatsa, o zaman xeyli sürprizlərə hazır olmalıyıq. Çünki ədəbiyyatda ancaq detektiv janrı ilə dünyaya çıxa bildiyimiz kimi, futbulda da ancaq bu janrda nə isə edə bilərik.

Bütün hallarda savadlı və dünyagörmüş adamların kənar sahələrdən olsa belə, bu postlara gətirilməsinin, məncə, faydası ola bilər. Çingiz Abdullayevə uğurlar arzulayıram.
Müəllif : Cavid