Fransada təyyarə qəzasını müsəlman törətsəydi... Siyasət

Fransada təyyarə qəzasını müsəlman törətsəydi...

Millət vəkili Fazil Mustafa: "...Avropada yer yerindən oynayardi"
Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus təyyarəni Fransada Alp dağlarının ucqar hissəsində qəzaya uğradan və 150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzlə bağlı müxtəlif xəbərlər ortaya çıxmaqdadır.

Göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olan təyyarənin qara qutusunun açılmasından sonra hadisənin baş verməsinin əsas səbəbkarı kimi bilinən ikinci pilotun səhhətində bir sıra problemlərin olduğu, depressiv və psixoloji sarsıntı keçirdiyi üçün müalicə aldığı bildirilir. Lakin hadisənin mərkəzində terrorizm əlamətlərinin olduğuna dair heç bir məlumat yer almayıb. Səbəb isə çox aydındır.

Çünki hadisənin törədilməsində günahkar bilinən Andreas Lubitz dini mənsubiyyətinə görə xrtistiandır.

Əgər təyyarəni qəzaya uğradan müsəlman olsaydı, hadisələrin hansı məcrada inkişaf edəcəyini dilə gətirmək belə çətindir.

Xatırladaq ki, cari ilin yanvar ayında Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasında törədilən terror hadisə zamanı səbəbkarların müsəlnam olması bəhanəsi ilə islamafob qüvvələr bütün Avropanı ayağa qaldıra bildilər. Halbuki terrorçular tərəfindən qətlə yetirilən polis məmuru, eləcə də mağazaya hücum zamanı girovları xilas edən satıcı müsəlman dininə mənsub Fransa vətəndaşı idi.

Bu o deməkdir ki, əvvəlki hadisədə olduğu kimi, bu hadisənin də səbəbkarı müsəlman olsaydı İslam dövlətlərinə qarşı qara kampaniya aparan qüvvələr bu faktdan öz məkirli niyyətlərini davam etdirmələri üçün növbəti bir bəhanə olaraq istifadə edəcəkdi. Yeni bir məlumata görə isə, pilotun görmə probleminin olduğu və bunu aviaşirkətdən gizlətdiyi iddia edilir.

Bundan əlavə ikinci pilot Andreas Lubitz ayrıldığı sevgilisinə "elə bir şey edəcəm ki, addımı hər kəs eşidəcək" dediyi məlum olub. Xarici KİV-lərdən əldə olunan məlumata görə, Andreas Lubitz uçuşdan bir neçə gün əvvəl həddən artıq dərəcədə pul xərcləyib.

Pilotun bir neçə həftə əvvəl iki bahalı idman avtomobilini eyni anda satın aldığı aydınlaşıb. Alman mətbuatında yer alan xəbərlərə görə, lüks idman avtomobillərinin ikisi də "Audi" markalı olub. Almaniyanın “Focus” jurnalı isə avtomobillərin Düseldorf şəhərinin yaxınlığındakı avtosalondan satın alındığını bildirir.

Avtosalondakı maşınların qiymətləri 50 min avrodan başlayır.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, xristian dünyasını təmsil edən Avropa və Amerika dairələri dini və etnik mənsubiyyətinə görə hadisələrə müxtəlif şəkildə qiymət verirlər:

"Ona görə də, müsəlmanlar nəzərə almalıdırlar ki, Avropada onlara qarşı baş verən hadisələr islamafob dairələrin apardığı qara kampaniyanın nəticəsi olaraq ümumilikdə yaranan anti-İslam əhval-ruhiyyəsi ilə bağlıdır. Əgər 150 nəfərin ölümünə səbəb olan təyyarə qəzasını müsəlman şəxs törətsəydi bu bütün dünyada daha böyük ajiotaja səbəb olardı. Belə demək olarsa, Avropada yer yerindən oynayardı. Bu dünya insanına qarşı olan ikitərəfli yanaşmanın bariz göstəricisidir. Ona görə də belə məsələlərdə müsəlman aləmi daha diqqətli olmalıdır".

Bu hadisənin təfərrüatlarından islamafob qüvvələrə qarşı təbliğatda istifadə etmək vacibdir. Nəzərə almaq lazımdır ki, anti-islam təbliğatı aparan qüvvələrin mübarizəsi terrorla deyil, müsəlman dünyasıyladır.
Müəllif : Cavid