Elektrik enerjisinə qənaət üçün vaxtı deyil, korrupsiya vərdişini dəyişmək lazımdır - STATUS Siyasət

Elektrik enerjisinə qənaət üçün vaxtı deyil, korrupsiya vərdişini dəyişmək lazımdır - STATUS
Yay vaxtına keçid bu gecədən başlayır. Üstəlik də riyazi hesablamanın mükəmməlliyinə baxın ki, dəyişiklik qərarı veriləndə bazar gününün iş günü olması diqqətdən qaçıb.

Hələ indiyədək bu keçidin ciddi əsaslandırılması ilə tanış ola bilmədim. Əsaslandırmalarda daha çox qənaət amilinə üstünlük verilir. Xüsusilə də elektrik enerjisinə qənaət üçün bunun faydalı olduğu söylənilir. Məncə, elektrik enerjisinə qənaət üçün vaxtı deyil, korrupsiya vərdişini dəyişmək lazımdır.

Digər tərəfdən, qış vaxtı, yay vaxtı deyəndə sanki payıza qışın içində, yaza da yayın içində qənaət edirik.

Bir də ki, hər dəfə bir vaxtın içindən digərinə diyirlənməklə problemlərimiz çözülməz. Müasir Zamanın içində düşüncələrimizi, anlayışlarımızı, arxaik vərdişlərimizi dəyişməliyik. Yəni bizə lazım olan yay və ya qış vaxtına keçid deyil, müasirliyə keçiddir. Təəssüf ki, bunu qərarla etmək olmur, bunu xarakterlə edirlər.
Müəllif : Cavid