Böyük Quruluş Partiyasının BƏYANATI Siyasət

Böyük Quruluş Partiyasının BƏYANATI
10 mart 2015-ci il tarixində hüquq-mühafizə orqanları tərəfindən Böyük Quruluş Partiyasının Tərtər rayon şöbəsinin sədri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zülfüqar İbrahimovun həbsi və evində axtarış aparılması ciddi narahatçılıq doğurmuşdur. Bir ay öncə Zülfüqar İbrahimov barədə "Etatist" saytında gedən sifarişli və böhtançı yazıdan sonra bu faktın baş verməsi belə bir narahatçılığa ciddi əsas verməkdədir. Bilindiyi kimi, Zülfüqar İbrahimovun Azərbaycan dövlətçiliyinə sadiq, Qarabağın azadlığı uğrunda vuruşmuş, sahibkar kimi vicdanla vergisini ödəyən, qeyri-qanuni davranışlardan uzaq duran, inanclı bir Azərbaycan vətəndaşıdır. BQP hesab edir ki, onun qanunsuz silah saxlaması, yaxud da başqa qeyri-qanuni hərəkətlər etməsi barədə mülahizələr bir daha diqqətlə araşdırılmalı, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı obyektiv qərar qəbul etməlidirlər.
Müəllif : Nesib