Fazil Mustafa: “Erməni soyqırımının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə Azərbaycan xalqının reaksiyası yetərincə deyil”. Siyasət

Fazil Mustafa: “Erməni soyqırımının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə Azərbaycan xalqının reaksiyası yetərincə deyil”.
“Gəlin, erməniləri Bakıya dəvət edək” – Millət vəkili
“Erməni soyqırımının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə Azərbaycan xalqının reaksiyası yetərincə deyil”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən yaz sessiyasında çıxış edən millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, bir müddət öncə beynəlxalq tədbirlərdən birində bir türk vətəndaşı, siyasətçisi erməni iddialarını darmadağın etdi:
“Bu çıxışlar artıq Avropa ictimai rəyində belə bir məsələnin cinayət məsuliyyəti kimi görülməsi, absurd xarakter olması sübut olundu. Lakin Azərbaycanda bu məsələ geniş təbliğ olunmadı. Axı bu məsələ tək türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı yönələn bir məsələdir. Ona görə də bu yalananın sındırılması Azərbaycanın da xeyrinədir”.
Millət vəkilinin sözlərinə görə, bu yaxınlarda Fransa prezident Olland bəyan edib ki, aprelin 24-də saxta soyqırımla bağlı İrəvana səfər edəcək və erməni xalqına həmrəylini nümayiş etdirəcək: “Qarşıdan Xocalı soyqırımın 23-cü illiyi gəlir. Bəlkə biz də bu gündən başlayaraq təbliğat işlərinə start verək. Olandd da daxil olmaqla, digər ermənipərəst və soyqırıma həssas yanaşan deputatlara, siyasətçilərə müraciət ünvanlayıb onları Bakıya dəvət edək. Bununla da onlar tarixdən soyqırım axtarmaq əvəzində, sivil dünyada baş verən gerçək soyqırımları görə bilərlər”.
Spiker Oqtay Əsədov isə deputata bildirib ki, Azərbaycan bu istiqamətdə xeyli işlər görür və görəcək: “Kimsə bizim əlimizi tutmayıb. Amma inanmıram ki, o dediyiniz şəxsləri Bakıya dəvət edib, hər şeyi açıq onlara göstərsək belə, fikirləri dəyişsin. Çünki beynəlxalq təşkilatlar azərbaycanlıların məruz qaldığı soyqırım faktlarına laqeyd yanaşır. Mən buna artıq əmin olmuşam və onlardan nəsə gözləməyə daha ümid yoxdur. Öz dərdimizi özümüz həll etməliyik”.
Müəllif : Nesib