“Hz. Ömər” filmi haqqında - STATUS Siyasət

“Hz. Ömər” filmi haqqında - STATUS
Türkiyə kanallarında təkrar-təkrar verilən “Hz. Ömər” filmini ardıcıl izləməyə çalışıram. Səviyyəli çəkilişdir. Bununla belə, “Hollivud”la fərq açıqca görünür. Filmdə dərhal pis və yaxşı adam ayırımını müşahidə edirsən. Tərəfli təbliğat yönü dərhal qabardılır. Halbuki ən güclü təbliğat obyektiv mühitin canlandırılmasıdır. Fikrimcə, filmdə o dönəmin müşriklərinin davranışlarına daha anlayışla yanaşmaq doğru olardı.

Din dəyişmək çox ağrılı prosesdir və insanların bu yöndə müqavimətini sadəcə yaxşı və pis adamların qarşıdurması kimi təqdim etmək filmin ideyasını xeyli bəsitləşdirir. Təsəvvür edin ki, on dörd əsr keçmiş, bu qədər kitab, təbliğat olmasına rəğmən, elə öz yaşadığımız Azərbaycanda obyektiv müşahidə aparsanız, Hz. Məhəmmədin görüşlərini qəbul edənlərin sayının Əbu Ləhəb, Əbu Cəhl tərəfdarlarından çox olmadığını sezərsiniz. Söhbət dildə nəyinsə ifadəsindən getmir, sırf davranışdan gedir.

Bizdə bəzən dini cəhalətin, mövhumatçılığın faydasını da etiraf etmək lazım gəlir. Məhərrəmlikdə məzhəbçilik motivi ilə, Ramazanda dini motivlə toy etməmək, may ayında astroloji cəhalətlə xeyir işi təxirə salmaq ən azından şadlıq evlərində yaşayacığımız vəhşilikdən və soyğunçuluqdan qısa müddətə də olsa, Azərbaycan vətəndaşlarını xilas edir.

Bununla belə, dönəmin Ərəbistan mühiti və tarixi şəxsiyyətlərin xarakterlərinin açılışı baxımından bu filmdən xeyli bilgilər əldə etmək mümkündür.
Müəllif : Cavid