Ramazan iradı - STATUS Siyasət

Ramazan iradı - STATUS
Ötən illərdə olduğu kimi, bu Ramazan ayında da bütün fürsətlər qaçırılmaqda. Dini maarifçilik üçün gözəl imkanlar vardı. Müxtəlif bilgə insanları televiziya məkanına çıxarıb dinlə cəhalətin fərqi barədə cəmiyyətdə maarifçilik işi aparmaq olardı. Yaxşı ki, Türkiyənin efir məkanı əlçatandır. Azərbaycan insanının böyük əksəriyyəti istər iftar zamanı, istər də sahura qalxarkən Türkiyə kanallarını çevirərək bir-birindən maraqlı yorumları izləyirlər və əminəm ki, həm mənəvi, həm də bilimsəl yöndən xeyli zənginləşirlər. Sanki hansısa qaranlıq əl ölkəmizdə sağlam dini təbliğatın aparılmasının qarşısını kəsmək üçün yanlışların davam etməsini istəyir.

Radikalizm təhlükəsindən danışanlar unudurlar ki, məhz bu susqunluq meydanı İslamı dar, qapalı bir çevrənin dininə çevirməyə rəvac verir. Düşünmürlər ki, onsuz da insanların məlumat almasını əngəlləmək imkanları çoxdan ortadan qalxmış və ən azı Türkiyə kanalları bu boşluğu doldura bilirlər.

Rəsmi məqamlar Bakını İslam mədəniyyətinin paytaxtı kimi təqdim edəndə, bir də düşünməlidir ki, burada hətta Ramazan ayında belə İslam mədəniyyətinin gerçək bir təbliği müşahidə olunmur
Müəllif : Cavid