Fazil Mustafa: “İran həmişə Ermənistana dəstək verib" Müsahibələr

Fazil Mustafa: “İran həmişə Ermənistana dəstək verib"
Elçibəyin anti-İran çıxışlarından İran narahatlıq keçirirdi. İranın xüsusilə də onun hakimiyyəti dövründə Azərbaycan dəstək verilməsi ağlabatan deyil”. Bunu Qaynar.info-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa İran İslam Keşikçiləri Korpusunun (sepah) sabiq komandanı Möhsün Rzayinin Dağlıq Qarabağla bağlı səsləndiriyi fikirlərə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, İranın Azərbaycana dəstəyini real faktlarla göstərəcək heç bir əsas yoxdur: “Onların bütün fəaliyyətləri göz qabağındadır. Bu məsələdə şərhə ehtiyac yoxdur, görünən dağa bələdçi lazım deyil. İranın Azərbaycana nə vaxt dəstək verdiyini xatırlamıram. Şuşanın işğalı zamanı da Tehranda gedən danışıqlar göstərdi ki, ermənilər bu məsələlərdə İran rəsmi dairələri ilə danışıqlar aparıblar. Digər tərəfdən İranın Rusiya ilə əlaqələrinin olması onu göstərir ki, bu məsələdə təkcə Rusiya deyil, İran da maraqlıdır”. F.Mustafa qeyd edib ki, Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, İran yenə də Ermənistana dəstək verəcək: “Bu, açıq şəkildə olmasa da, gizli formada olacaq”. Qeyd edək ki, Möhsün Rzayi Qarabağ müharibəsində ermənilərə qarşı “Sepah”ın da döyüşdüyünü deyib. O bildirib ki, müharibədə çoxlu sayda iranlı da iştirak edib, şəhid düşüb: “Yaralılar İrana göndərilirdi, şəhid düşənlərin çoxu isə Bakıda dəfn olunub. Qarabağ müharibəsində Azərbaycan ordusunun lazımi hərbi təchizatlarla təmin edilməsi və hərbi təlimlərin keçirilməsi ilə bağlı şəxsən əmr vermişəm. Bizlər Azərbaycanın çətin günlərində yanında olmuşuq. Bu gün də onların yanındayıq. Qarabağın geri qaytarılmasında da onlara yardım etməyə hazırıq”
Müəllif : admin