Fazil Mustafa AŞ PA-dakı müzakirələrdən danışdı... Müsahibələr

Fazil Mustafa AŞ PA-dakı müzakirələrdən danışdı...
Erməni hayasızlığı sərhəd tanımır...
Bir neçə günür Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb.
Moderator.az qurumdakı nümayəndə heyyətimizin üzvü Fazil Mustafayla əlaqə saxlayaraq aşağıdakı suallara cavab istəyib:

Sessiyada Azərbaycana qarşı hər hansı formada sanksiya qəbul oluna bilərmi? Sədrlik bu sessiyada digər ölkəyə təhvil veriləcək? Ölkəmizin bu quruma sədrlik etdiyi 6 aylıq sürəc Azərbaycana və AŞ PA-ya nə verdi?

Millət vəkili bildirdi ki, sanksiyalar olmasa da müzakirələrin gərgin keçəcəyi gözlənilir:

"İndiki halda hansısa sanksiya gözlənilmir. Ancaq Dağlıq Qarabağla bağlı məsələnin müzakirəsinin kəskin keçəcəyi gözlənilir. Bu gün Liberal Demokratik Alyansda erməni millət vəkili Zöhrabyan, Qarabağ erməniləri üçün Azərbaycanda yaşamağın mümkünsüzlüyünü dilə gətirdi və bildirdi ki, millətlərin öz müqəddəratını təyin etmə hüququ əsas götürülməlidir. Millət vəkili Rəfail Hüseynov onun cavabını verdi ki, işğalla öz müqəddəratını təyin etmə arasında fərqi doğru anlamaq lazımdır. Bir qədər sonra təkrar söz alan erməni millət vəkili Krımla Qarabağın müqayisəsinin yanlış olduğunu, bu məsələnin Şotlandiya ilə müqaisə olunmasının daha yerində olacağını dilə gətirdi. Bu dəfə mən söz alaraq, bunun erməni həyasızlığı olduğunu bildirdim. Və təklif etdim ki, Ermənistanın Qarabağı işğalı sözünü işlətməkdən Avropa Şurası qorxursa, o zaman Krımın da, Gürcüstan ərazilərinin də işğalından danişmaqdan imtina edin. Ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, işğal etdikləri əraziləri boşaltsınlar, bütün qaçqınlar öz torpaqlarına qayıtsınlar, o zaman bölgənin bütün əhalisi ilə birlikdə Azərbaycan hakimiyyəti müqəddərat məsələsini müzakirə edə bilər. Yenidən söz almaq istəyəndə, mən də cavab verəcəyimi bildirdiyimə görə spiker müzakirələri kəsdi."
Müəllif : Cavid