"Seçici indiki vəziyyəti xaosla əvəzləmək istəmədi" Müsahibələr

"Seçici indiki vəziyyəti xaosla əvəzləmək istəmədi"

Fazil Mustafa: "Mübarizəni bir ziyalının gücü ilə udmaq çox çətindir"
Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Qəzənfəroğlu oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri, hakim Yeni Azərbaycan Partiyasının namizədinin əldə etdiyi böyük qələbə, ənənəvi müxalifətin gələcək addımları və taleyi, müxalifət partiyalarında gözlənilən istefalar, seçkidən sonrakı iqtidar-müxalifət münasibətləri və digər mövzularla bağlı fikirlərini açıqlayıb.

- Prezident seçkiləri artıq başa çatıb. Mərkəzi Seçki Komissiyası və beynəlxalq qurumların rəyi də bəllidir. Siz seçki prosesini necə qiymətləndirirsiniz?

- Azərbaycanda seçkilərə ancaq daxili kontekstdən yanaşmaq olmaz. Fikrimcə, buna bir qədər də xarici kontekstdən yanaşmaq lazımdır. Xalqın hansı sifarişi verdiyi, eyni zamanda beynəlxalq səviyyədə Azərbaycanla bağlı baş verən prosesləri dəqiqləşdirmədən seçkiyə və onun nəticələrinə qiymət vermək yanlış mülahizələrin ortaya çıxmasına səbəb olardı. Xalqın bütövlükdə dəyişikliklə bağlı sosial sifarişi olmadı. Yəni müxtəlif təbəqələr, kütlələr, insan qruplan əslində göstərdilər ki, müharibə insanı hansısa əlavə təlatümü yenidən yaşamaq istəmir. Hakimiyyət dəyişikliyi də bunun içindədir. Nəzərə alın ki, belə böyük gəliri olan ölkədə hakimiyyət dəyişikliyi yüzlərlə iri layihənin dayanması, yüzləriə prosesin tərsinə tüğyan etməsi və ölkədə tarazlığın pozulmasına gətirib çıxaracaq revanşist ab-havanın yaşanması deməkdir. Odur ki, cəmiyyətdə buna istək və sifariş hiss edilmədi. Təbii ki, bəlli bir müxalifət elektoratı bunu körükləyəcək gücə və həm də şüara malik deyildi. Çünki cəmiyyət indiki hakimiyyətə alternativ görmək istəmədi. Daxildə seçkinin nəticələrinə təsir göstərəcək əsas amil budur.

Xaricdə, xüsusilə beynəlxalq sektorda Azərbaycandakı hakimiyyət estafetinin başqa bir qüvvənin əlinə keçməsinə maraq göstərilmədi. öncə bunun simptomlan Rusiyanın davranışında hiss edildi. Amma prezident Putin Bakıya gələndən sonra bu davranış ortadan qalxdı. Çünki Moskva üçün də indiki hakimiyyətin Azərbaycanda olması daha maraqlıdır. Bundan əlavə, heç kəs Azərbaycanda bir eksperiment gerçəkləşdirməyə maraq göstərmədi. Məsələnin kökü budur və bu səbəbdən də tabloda dəyişiklik olmadı, estafet də başqa bir şəxsin əlinə verilmədi. Əlbəttə, mən iddia etmirəm ki, bu təmiz bal oldu və ora şəkər qatılmayıb. Şübhəsiz ki, Azərbaycan mühitində etibarl;ılıq və ya sədaqət göstərmək çox zaman bəlli sərhədləri aşır, kimsə sədaqətini aşırı göstərmək üçün bəlli sərhədləri keçir. Seçki prosesində bunlar da oldu, amma seçki real olaraq Azərbaycan cəmiyyətinin mənzərəsini özündə əks etdirdi.

- Bu seçkilərdə hakimiyyətın namizədi llham Əliyevə alternativ ola biləcək qüvvə meydana çıxdımı?

- Xeyr. Belə bir alternativ qüvvə meydana çıxmadı. Əslində indiki hakimiyyətin əsas elektoratı bütövlükdə ölkədə sabitlik və təhlükəsizlik mühiti bərqərar olmasını istəyən praqmatik və idarə olunan çoxluqdur. Onlar daha çox cəmiyyətdə ümumi sabitliyin olmasını və nöqsanları, narazılıqları yaradan faktorlan ortadan qaldırmağa hakimiyyətin iradəsinin çatdığını düşünürlər. Bu baxımdan insanlar hakimiyyətin dəyişməsindən daha çox onun islahatlara getməsini dəstəklədi. Yəni, insanlar yeni. qüvvənin hakimiyyətə gəlməsinə nə reallıq kimi baxırdılar, nə də bunu zəruri hesab edirlər. Partiya başçıları öz yerlərini qorumaq üçün seçki oyununu bir ziyalının üzərinə transfer elədilər. Bu mübarizəni isə bir ziyalı gücü ilə udmaq çox çətindir.

İnsanlar 20 ildir müxalifət liderlərinə inanır və onlann seçkilərdə qələbə çalacağını düşünüriər. Nəzərə alın ki, hakimiyyətlə xalqın istəkləri arasında üst-üstə düşən məqamlar olmasa, hakimiyyət seçki komissiyasına indeksləşən güc kimi qala bilməz. Məncə, bunu da diqqətə almaq lazımdır. Həm də alternativ yaratmaq üçün daha güclü ideyaya və yaradıcılıq qabiliyyətinə malik olmaq lazımdır. Çox vaxt Azərbaycanın müxalifət cinahında olan bir qrup insan xalqın da onlar kimi düşündüyü illüziyasına qapılırlar. Siz diqqət etsəniz görərsiniz, seçki günü xalqa çağırış edənlər hələ də anlamırlar ki, seçki dönəmi edilən çağınşa xalq bir futbol meydanını doldurmadı. Əgər bu xalq ciddi şəkildə dəyişikliyə iddia edirdisə, bunu ən azı göstərmək üçün yaranan fürsətdən istifadə etməli idi. Hökm deyil ki, seçkidə qalib gələsən, amma ortaya real bir mənzərə qoyula bilərdi. Bu isə meydanda ortaya çıxmadı. Gerçək mənzərə budur. Məsələnin mahiyyəti odur ki, ideyaca cəmiyyətdə müxalifətin sabit gücü yoxdur, bu gücün ətrafına narazılar da qoşularaq sayca milyonlara çatmadı. Bu, şübhəsiz ki, məğlubiyyətə gətirib çıxarmalı idi. Diqqət etsəniz görərsiniz ki, problem ancaq seçkidə səs qazanmaqda deyil. Çox ölkələr olub ki, orada səs qazanılıb, lakin qoruna bilmədiyi üçün hakimiyyət məsələsi öz həllini tapmayıb. Əgər bəlli qüwələr iddia edirlərsə ki, seçkidə səsi qazanıblar, onda bu iddiadan sonra onu qorumaq məsələsi meydana gəlməli idi. Əgər səsin qorunması mexanizmi tapılmırsa və bunu qoruyacaq insan kütləsi meydana çıxmırsa, onda belə çıxır ki, müxalifətə keçici emosiyalarla, narazılıq simptomları ilə səs verilib. Ideya bağlılığı əsasında dəstək verənlərin sayı isə çox olmayıb. Əsas problemlərdən biri də budur. Məncə, alternativ olmamasının göstəricilərindən biri də tanınmış müxalifət liderlərinin özlərinin bu oyuna girməməsi oldu. Onlarda da indi növbəti məğlubiyyət şokunu yaşayır.

-Sizcə, bu fakt müxalifətin zəifləməsinə səbəb olacaq, yoxsa güclənməsinə?

- Bu düşərgədə zəifləmə prosesi artıq bir neçə ildir gedir. Bu, ilk növbədə maddi sıxıntılar və ideya böhranı ilə müşayiət olunur. İdeya böhranını aradan qaldırmaq üçün ənənəvi olaraq deyirlər ki, biz Rəsulzadə-Elçibəy yolu gedirik. Hansı ki, bu günün siyasətində Rəsulzadə-Elçibəy yolu deyilən yolun əsaslandırılması mümkün deyil. Bu yol nədir? Bu, Azərbaycanın müstəqilliyinin qazanılması yoludur. Müstəqillik qazanılıb. Bu yol Azərbaycanın bütövlüyü yoludur. Bu günün real şərtlərində Azərbaycanın bütövlüyü məsələsi tam olaraq bişməyən və dartışmaya açıq məsələdir. Demək istəyirəm ki, onlar bu günün ideyasını tapmaq əvəzinə, bundan yayınmaq yolunu seçiblər. Başqa sözlə, tərəfdarlanı illüziyalarla, xəyallarla işıqlı sabah haqda düşünməyə inandırıblar. Bir növ siyasi üyüşdürücü amilini bir qədər önə çəkiblər. Mən inanmıram ki, bu ağılla onlar indiki siyasi kursda bir dəyişiklik yarada bilsinlər. Çünki bu, yaradıcı zəka və cəsarət tələb edən məsələdir. Cəsarətə sahib olmaq lazımdır ki, reallıqdan çıxış edərək ən azı müxalifətin yeni formatda və hakimiyyətlə münasibətlərdə daha mədəni mərhələyə daxil olmasını həyata keçirsin. Bununla bağlı yazı üzərində işləyirəm. Burada orijinal addımın atlmasına ehtiyac var. Bəs bu addımı kim ata bilər? Mən həmin düşərgədə bu addımı atacaq kişini görmürəm. Nəzərdə tutduğum addımı qaragüruhun ittihamı ilə rastlaşmaqdan qorxmayan, öz vizionunu və cəmiyyətin vizionunu anlayaraq faydalı planı açmaq cəsarətini göstərən bir şəxsə ehtiyac var. Ancaq həmin cinahda belə bir adam yoxdur. Onlar ancaq ənənəvi kursu davam etdirəcəklər. Onlar Avropa insan Haqlan Məhkəməsinə müraciət edərək 10 ildən sonra hansısa qərarlar alacaqlar, Avropa Şurasında çıxış edib Azərbaycandakı vəziyyəti tənqid edəcəklər. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq iddiası ilə çıxış edənlər hələ də anlamırlar ki, bu gün korrupsiyanın əsas müəllimlərindən biri bp, ABŞ Səfirliyidir. Bunlar gedib bu işlərin müəllimlərinə şikayət edirlər ki, bizdə demokratiya yoxdur, problemlər var və s. Əslində sən hansı həqiqəti ona çatdıra bilirsən, onlann özləri bu məsələlərdə mütəxəssisdir. Odur ki, indi Azərbaycan xalqının iç qatına hesablanan bir siyasət izlənməlidir. Təəssüf ki, bu cəsarətdə addım atacaq zehniyyəti görmürəm.

- Haqqında söhbət gedən müxalifət düşərgəsində istefalar gözləyirsinizmi?

- Müxalifət bizdə istefada olanlar anlamına gəlir. Çünki bizdə müxalifət hansısa bir şəkildə status demək deyil. Sadəcə olaraq hakimiyyət strukturlannda yer almayan və hakimiyyət iddiası olan insanlar deyəndə müxalifət anlaşılır. Faktiki olaraq onlar bir Avropa partiyası deyil ki, böyük binası olsun, yüzlərlə işçiləri işləsin, müxtəlif məsələlərlə bağlı araşdırmalar aparsınlar. Əksinə, onlar 5-10 nəfəri yaşatmağa gücü çatan insanlardır. Odur ki, onların birinin istefa verməsinin səbəbi içində belə yenə də problemi çözə bilmək üçün ortaya cəsarət qoymamaq amili durur. Əslində ən çətin vaxtda bir ağıllı lideri həbsə atanda belə, o öz qurduğu sistemi idarə edir. Bunun bir nümunəsi kimi hazırda Türkiyədə həbsdə olan Abdulla Öcalanı göstərmək olar. O, həbsxanadadır, amma yol xəritəsi müzakirə ediləndə, hansısa məsələlərin həllində onun mövqeyi və təsiri olur. Ancaq Azərbaycanda bəlli qabiliyyətə sahib, özünün tərəfdarlarını yönəltmək imkanına sahib bir lider də yoxdur ki, düşünəsən həbsxanaya düşsə, nüfuzu artacaq. Bu o deməkdir ki, cəmiyyətdə instinktiv, mexaniki əlaqə mövcuddur. Mən dediyim ampluada olan tək siyasətçi Əbülfəz Elçibəy idi. Harada olmasından asılı olmayaraq bilirdin ki, onun azı min nəfərə yaxın fanatik və dünyagörüşünü mənimsəyən insan var. Bu insanlar hər zaman harasa axın edə biləcək qüvvə idi. Indi belə qüvvə də yoxdur. Odur ki, bütün bunları təhlil edib nəticəyə gəlmək olar ki, istefa hansısa motivasiya ola bilər. Amma bunu da etməyə çətinlik çəkirlər. Bu zaman başqa insanlann da müəyyən etirazlan ilə qarşılaşırlar. Çünki indiyə qədər onlar həmin insanlara deyirdilər ki, siz dözmədiniz, hakimiyyətə tərəf keçdiniz. Indi bu ittihamla çıxış edənlər daha çox istefa vermək haqqında düşünənlərdir.

- Seçkinin nəticələrini real hesab etmək olarmı?

- Nəticələr dediyim kimi, Azərbaycan reallığını təsvir və əhatə edir. Əslində məni daha çox seçkidən sonrakı mühit maraqlandınr. Yəni, bu seçki müxalifətdə yeniləşmənin baş verməsinə səbəb olacaqmı? Bu seçki hakimiyyətin islahata getməsinə səbəb olacaqmı? Hakimiyyət maraqlı olmalıdır ki, müxalifət yeniləşsin və bir sistem müxalifəti formalaşsın. Azərbaycanda ölüm-dirim savaşına deyil, problemlərin savaşına atılan müxalifət formalaşsın. Müxalifət də maraqlı olmalıdır ki, atdığı addımlarla hakimiyyətin islahatlara getməsini stimullaşdırsın. Bu iki qarşılıqlı anlayışın xalqa müsbət mənada faydası ola bilər.

"Gündəlik teleqraf" qəzeti, 11.10.2013
Müəllif : Cavid