Fazil Mustafanın yeni kitabı çap olunub Kitablar, Slider

Fazil Mustafanın yeni kitabı çap olunub
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çapdan çıxıb.



Bu barədə APA-ya Fazil Mustafa məlumat verib.



Fazil Mustafa bildirib ki, "Sağlam düşüncə alternativi" adlanan kitab son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusudur: "Bu, mənim sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara ərməğanımdır. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur".



Qeyd edək ki, bu, Fazil Mustafanın sayca 19-cu kitabıdır. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
Müəllif : Cavid