Fazil Mustafanın yeni kitabı çapdan çıxıb Kitablar, Slider

Fazil Mustafanın yeni kitabı çapdan çıxıb
Böyük Quruluş Partiyasının başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu" adlı kitabı çapdan çıxıb.



APA-nın xəbərinə görə, kitaba İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda və elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələri daxil edilib.



Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, fərqli baxış bucağından məzhəbçilik və təriqətçilik təzahürlərinin təhlili verilib.



Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.



Bu, Fazil Mustafanın 20-ci kitabıdır.
Müəllif : Cavid