Fazil Mustafa İranın sabiq diplomatına sərt cavab verdi ---

Fazil Mustafa İranın sabiq diplomatına sərt cavab verdi
«Peyğəmbərin xanımına namussuz deyənlər mənə niyə böhtan atmasınlar ki?!»
İranın eks-diplomatı, yazar-tərcüməçi Əsgər Fərdi Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanı sərt tənqid edib. (Modern.az_ “Bunca elmi harda saxlayır görəsən? Oturub bir dünya şiəni qoyub qabağına danlayır və nəsihət verir. Ağıldan zəkadan bəhs edir. Kaş gözü gözümə toxunsaydı da, sadəcə elə belə bir üzünə baxsaydım, onda İran xatirələri yadına düşərdi. Hələ cavan uşaq ikən Naxçıvandan gəlib həm də birbaşa İran Xarici İşlər Nazirliyinin Qafqaz şöbəsindən nə istəyirdi? Bilsəydim o istəklər verilməsə, bu qədər öz xalqına düşmən kəsiləcək, hələ deputatda olacaq, çıxarıb öz cibimdən verərdim ki, gedib Fətulla hocasının adamlarının qapısına dirənməsin. İndi görün nə “alimanə” və “fəlsəfi” fətva verib”.
Ə. Fərdi azərbaycanlı deputatın dini mövzulardakı yazılarını və mükalimələrini sərt sözlərlə tənqid edib: “Mən Haydeggerin fəlsəfi nəzəriyyələrinə bağlıyam, görəsən mən alman xüsusi xidmətinin üzvüyəm? 70 il Pakistan və Əfqanıstan və Hindistan şiələri Ayətullah Şəriətmədarinin müqəllidi olubar, o cümlədən Zülfüqar Əli Bhutto və qızı Bənazir xanıma Pəhləvi casusları demək olar? İranın yarısı 60 il Ayətullah Xoyi və Həkimin müqəllidləri olublar, demək iranlılar İraq casusu işləyiblər?”
Qeyd edək ki, deputat F. Mustafa öz facebook səhifəsində dini mövzuda qeydləri xeyli müzakirələr doğurub. Sözügedən qeydlərdə Azərbaycanda “İran istehsalı olan” çoxlu saytların varlığı da dilə gətirilib. Əsgər Fərdiyə gəlincə, o, dəfələrlə Azərbaycanda olub və keçmiş İran prezidenti Rəfsəncaninin Bakıya gəlişi zamanı dövlət başçısına tərcüməçilik edib.
Fazil Mustafa Bizimyol.info-ya açıqlamasında ittihamalara cavab verib. Millət vəkili bildirib ki, 1992-ci ildə İran Xarici İşlər Nazirliyinin rəsmi dəvəti ilə İranda səfərdə olub: «Görüşdə nümayəndə heyətinin üzvləri AXC Ali Məclsinin üzvü Məşədi Vaqif Pənahov, Çingiz Qənizadə və Əbülfəz Elçinbəyin müşaviri olaraq mən iştirak etmişəm. Biz görüşdə AXC-nin mövqeyini onlara çatdırmışıq. Necə ola bilərdi ki, Ə.Elçibəy hər gün İranı sərt şəkildə tənqid edirdi, onun müşaviri olaraq mən irandan pul istəyirdim? Bu absurddur».

F.Mustafa daha sonra bildirdi: «Peyğəmbərin xanımına namussuz deyənlər, Peyğəmbərin dostları Əbu Bəkiri, Osmanı, Öməri lənətləyənlər mənə niyə böhtan atmasınlar ki?!»
Müəllif : Cavid